XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 22:55

Tramp:"Koronavirus 11 sentyabrdan da dəhşətlidir"

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyasını İkinci Dünya müharibəsində ABŞ-ın Pörl Harbor bazasına hücumla müqayisə edib.

Tramp bunu Ağ Evdə brifinq zamanı deyib.

O bildirib ki, koronavirus ölkə tarixində baş vermiş ən iri hücumdur:

“Biz ölkəmizə ən dəhşətli hücumun şahidi olduq, bu, qarşılaşdığımız ən pis hücumdur. Bu, Pörl Harbordan da, 11 sentyabrdan da daha dəhşətlidir”.

ABŞ Prezidenti əlavə edib ki, bu pandemiyanın qarşısını elə mənbəyindəcə almaq olardı/Trend.