XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 12:47

“Çempionatın təsdiqlənmiş bərpa tarixi yoxdur” –La Liqa nümayəndəsi

İspaniya La Liqası koronavirus pandemiyası üzündən dayandırılan çempionatın iyunun 20-də bərpa olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun rəsmi təmsilçisi bərpa vaxtı ilə bağlı qərar verilmədiyini açıqlayıb.

Adı açıqlanmayan qurum rəsmisi öncə məşqlərin bərpasını zəruri sayıb: “Bizdə turnirin bərpası ilə bağlı təsdiqlənmiş tarix yoxdur. Öncə klublar məşqlərə qayıtmalıdır. Yalnız bundan sonra hökumətin qərarını gözləyəcəyik. Əgər onlar icazə versə, iyunda qayıtmağı planlaşdırırıq”.

Qeyd edək ki, La Liqanın iyunun 20-də bərpa olunması və iyulun 26-da yekunlaşması iddia olunur. (Apasport.az)