XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 16:06

“Rusiya Sovet-ABŞ hərbi ittifaqını unutmayacaq” – Putin

Dünya qlobal çağırışlarla üzləşərkən Rusiya və ABŞ ön sıralarda dayanıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə ünvanladığı təbrikdə deyilib.

“İkinci Dünya müharibəsindən sonrakı onilliklərdə yeni təhlükələr – terrorizm və regional münaqişələr, geniş miqyaslı təbii fəlakətlər, texnoloji fəlakətlər və epidemiyalar meydana çıxıb. Dünya qlobal çağırışlarla üzləşərkən Rusiya və ABŞ ön sıralarda dayanıb. Müharibə illərində qurulan əməkdaşlıq ənənələrinə uyğun olaraq, “Elba ruhu”nda hərəkət edərək, ölkələrimiz beynəlxalq təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün çox şey edə bilər”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Putin qeyd edib ki, Rusiya antihitler koalisiyasının müttəfiqlərinin ümumi Qələbəyə verdiyi töhfəni hər zaman xatırlayacaq və Sovet-ABŞ hərbi ittifaqını unutmayacaq. (apa)