XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2016 - 11:24

Çeçenistanda avropalı jurnalistlərəhücum oldu

14575757253242526292_1000x669

Martın 9-da hüquq müdafiəçilərinin Rusiya Federasiyasının Çeçenistan Respublikasına təşkil etdikləri səfərdə iştirak edən avropalı jurnalistlər hücuma məruz qalıblar.

Azərtac xəbər verir ki, hadisə paytaxt Qroznıya gedən yolda baş verib. Jurnalistləri daşıyan avtobus bir neçə maşın tərəfindən mühasirəyə alınıb. Jurnalistlər avtobusdan çıxarılaraq maskalı şəxslər tərəfindən döyülüblər, onları daşıyan avtobus isə yandırılıb. İnsident zamanı xəsarət alan iki jurnalist, bir vəkil və avtobusun sürücüsü xəstəxanaya yerləşdiriliblər.

Hadisənin çeçenlər tərəfindən törədildiyi ehtimal edilir.