XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2020 - 16:48

Vladimir Zelenski:"Səfirimizi geri çağırmayacağıq"

“Gürcüstanın Ukraynadakı səfirini geri çağırması səhv addımdır”.

“RİA Novosti” xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan Xarici İşlər Nazirliyinin Kiyevdəki səfirini geri çağırmasına münasibət bildirərkən deyib.

Vladimir Zelenski Ukraynanın Gürcüstandakı səfirini geri çağırmayacaqlarını bildirib.

Xatırladaq ki, rəsmi Tbilisi məsələ ilə bağlı Kiyevi əvvəlcədən xəbərdar etmişdi. Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna baş nazirinin islahat məsələləri üzrə müavini təyin edilib. Gürcüstan rəsmi Kiyevin bu addımına cavab olaraq Ukraynadakı səfirini geri çağırıb. (report)