XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 17:21

İsveçrədə koronavirus:yoluxanların sayı artdı

İsveçrədə koronavirusa yoluxanların sayı 30 207 nəfərə çatıb.

Bunu ölkənin Federal İctimai Səhiyyə İdarəsi açıqlayıb.

Məlumata görə, son sutkada 81 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Bildirilib ki, Mərkəzi Avropa ölkəsində eyni dövr ərzində 8 nəfər pandemiyanın qurbanı olub. İsveçrə üzrə koronavirusdan ölənlərin sayı 1 526-ya yüksəlib.

Qeyd edilib ki, indiyədək ölkədə 301 675 nəfər koronavirus testindən keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 271 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)