XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 11:27

UEFA Çempionlar Liqası:Daha 2 komanda dörddəbir finalda

CL

Martın 9-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində daha iki matç keçirilib.

Azərtac xəbər verir ki, günün ilk görüşü Sankt-Peterburqda baş tutub. “Petrovski” stadionunda “Zenit” Portuqaliyanın “Benfika” klubunu qəbul edib. Hesabı meydan sahiblərinin futbolçusu Halk açsa da, portuqaliyalılar Qaitan və Taliskanın qolları ilə oyunda dönüş yarada biliblər (1:2). Beləliklə, ilk görüşdə 1:0 hesabı ilə qalib gələn “Benfika” klubu dörddəbir finala yüksəlib.

İkinci qarşılaşmada da sevinən tərəf qonaqlar olublar. Fransanın “PSJ” klubu öz meydanında olduğu kimi səfərdə də “Çelsi” komandasını 2:1 hesabı ilə məğlub edib və qitənin ən nüfuzlu turnirində dörddəbir finala yüksələn dördüncü klub olub.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk oyun günündə “Real Madrid” və “Volfsburq” klubları dörddəbir finala vəsiqə əldə ediblər.