XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 18:45

AVRO-2020-nin təqvimi razılaşdırılmayıb –Təşkilat Komitəsinin baş direktoru

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan AVRO-2020-nin təqvimi hələ hazır deyil.

Bunu turnirin Rusiya Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

O bildirib ki, hazırda qitə birinciliyinin yalnız start və finiş tarixi bilinir: “Avropa çempionatının sadəcə başlama və bitmə tarixi açıqlanıb – 2021-ci il 11 iyundan 11 iyula qədər. Oyunların təqviminə gəlincə, bu günə qədər heç bir dəyişiklikdən xəbərimiz yoxdur. Təqvim hələ razılaşdırılmayıb. Hazırda əvvəlki təqvimi nəzərə alırıq”.

Qeyd edək ki, AVRO-2020-nin oyunları Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu turnirin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 matçına ev sahibliyi edəcək. (Apasport.az)