XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2020 - 23:58

Moskvada koronavirus qurbanlarının sayı 1000-i keçib –Operativ Qərargah

Moskvada COVID-19 diaqnozu qoyulmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 54 xəstə dünyasını dəyişib.

“TASS” xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ koronavirusdan ölənlərin sayı 1010 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 10 699 nəfərdə koronavirus aşkar edilib, ölkədə ümumilikdə 187 859 nəfər virusa yoluxub. İndiyədək 1723 nəfər bu ölümcül virusun qurbanına çevrilib, 26 608 nəfər isə sağalaraq evə buraxılıb. (apa)