XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2020 - 00:12

Özbəkistanda koronavirus:yoluxanların sayı 2 325-ə çatıb

Özbəkistanda daha 11 nəfərdə koronavirus aşkarlanıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma faktlarının sayı 2 325-ə çatıb.

Mərkəzi Asiya ölkəsində virusa yoluxan 1 775 nəfər sağalıb. Hazırda 540 nəfər müalicə alır, 10 xəstənin vəziyyəti ağırdır.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)