XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2020 - 11:19

ABŞ-da daha bir yüksək vəzifəli şəxs karantinə alınıb- Koronavirusa görə

ABŞ-da Ərzaq məhsulları və dərmanlara nəzarət üzrə idarənin başçısı Stiven Xan koronavirusa yoluxmaqda şübhəli bilinərək karantində saxlanılır.

“Report” “Politico”ya istinadən xəbər verir ki, bu barədə məlumat idarədən bildirilib.

Qeyd olunub ki, idarə başçısı 14 gün karantində qalacaq.

Məlumata görə, Stiven Xan ABŞ-ın vitse-prezidenti Maykl Pensin mətbuat katibi Keti Millerlə görüşüb. Mayın 8-də Keti Millerdə koronavirus aşkarlanıb.

Qeyd edək ki, mayın 6-da ABŞ prezidenti Donald Trampın köməkçilərindən birində koronavirus aşkar olunmuşdu. Ancaq Donald Tramp onunla təmasda olduğunu inkar edib.

Xatırladaq ki, ABŞ-da koronavirusa yoluxma hallarının sayı 1 245 622 təşkil edir.

Birləşmiş Ştatlarda 75 054 nəfər koronavirusdan ölüb. Ölkədə virusa yoluxmuş təxminən 190 min pasiyent sağalıb.