İranda daha 48 nəfər koronavirusdan ölüb.
Strateq.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da İranda virusdan ölənlərin sayı 6589 nəfərə çatıb: “Ötən gün daha 1529 nəfər isə koronavirusa yoluxub. Bununla da yoluxanların sayı 106220 nəfərə çatıb”.