XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2020 - 22:44

Fransada son sutkada 80 nəfər koronavirusdan ölüb

Fransada son sutkada koronavirusdan ölənlərin sayı 80 nəfər artaraq, ümumilikdə 26310 nəfərə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, martın 1-dən xəstəxanalarda 16573 nəfər, sosial-tibbi müəssisələrdə isə 9737 nəfər ölüb.

Epidemiya başlayandan bu yana Fransada virusa yoluxmuş 95 min 829 nəfər xəstəxanaya yerləşdirilib. Bunlardan 56 038 nəfər sağalaraq evə buraxılıb.