Kanadada koronavirusa yoluxanların sayı 66 mini, qurbanların sayı isə 4,6 min nəfəri keçib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kanadada son bir gündə 346 yoluxma hadisəsi təsdiqlənib. Yoluxmaların ümumi sayı 66780, ölənlərin sayı 59 nəfər artaraq 4628-ə yüksəlib.
Ən çox infeksiyaya yoluxma Kvebek (36150) və Ontario (19944) ştatlarında qeydə alınıb. /APA