XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2020 - 09:52

Nyu-York ştatında 226 nəfər koronavirusdan ölüb –Son sutkada

Nyu-York ştatında son bir gündə koronavirus qurbanlarının sayı 226 nəfər olub.

Bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.

O qeyd edib ki, xəstəxanaya yerləşdirilənlərin ümumi sayı azalır, daha az insan süni nəfəs cihazlarına qoşulub: “Bir gün əvvəl 604 nəfər xəstəxanaya yerləşdirilib. Ən pis günlərdə isə xəstəxanalara 3 mindən çox insan müraciət edirdi”.

Qubernatorun sözlərinə görə, son günlər ştatda virusdan ölənlərin sayı 200 rəqəmi civarında dəyişir: “Əvvəlki günlərdə hətta bu rəqəm 700-ü keçirdi. Mayın 7-də 216 nəfər, mayın 6-da 231 nəfər, mayın 5-də 232 nəfər, mayın 4-də 230 nəfər, mayın 3-də 226 nəfər, mayın 2-də isə 280 nəfər ölüb”. 

Qeyd edək ki, ştatda koronavirusdan ümumilikdə 21 045 nəfər dünyasını dəyişib. /APA