XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2020 - 14:00

İspaniyada koronavirus:ölənlərin sayı 26 min 621 nəfərə çatıb

İspaniyada son sutka ərzində yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 143 nəfər ölüb. 

Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu, martın 18-dən sonra qeydə alınan ən aşağı ölüm göstəricisidir. Beləliklə, İspaniyada koronavirusdan ölənlərin sayı 26 min 621 nəfərə çatıb.

Son 24 saat ərzində daha 621 nəfər koronavirusa yoluxub, 2 min 214 nəfər sağalıb. İndiyə qədər ölkədə 224 min 390 nəfər koronavirusa yoluxub, 136 min 166 nəfər sağalıb. APA