XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2020 - 23:00

Fransada daha 70 nəfər koronavirusdan ölüb

Fransada gün ərzində 70 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 26 380 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan bir gün əvvəl infeksiyadan 26 310 nəfərin öldüyü bildirilmişdi.

“Martın 1-dən bəri COVID-19-la əlaqəli 26 380 ölüm faktını qeyd edirik, 16 642 nəfər xəstəxanalarda, 9738 nəfər isə tibbi-sosial müəssisələrdə öldü”, – nazirliyin məlumatında belə deyilir.

Hazırda xəstəxanalarda 22 569 nəfər var. Son 24 saat ərzində 253 nəfər xəstəxanalara qəbul edilib. Reanimasiyalarda 2776 koronaviruslu xəstə yerləşdirilib.

Koronavirus epidemiyası başlayandan bəri 96 min insan xəstəxanaya yerləşdirilib, evdə sağalmış on minlərlə insan istisna olmaqla, 56 mindən çox ölkə sakini sağalaraq xəstəxanalardan evə buraxılıb. /APA