XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2020 - 23:39

Sabahdan Britaniyada bəzi məhdudiyyətlər yumşaldılacaq –Baş nazirdən açıqlama

Sabahdan Böyük Britaniyada koronavirusla bağlı bəzi qadağalar çox məhdud şəkildə yüngülləşdiriləcək.

Bu barədə Baş nazir Boris Conson xalqa videomüraciətində bildirib.

O, koronavirusla bağlı karantin rejiminə bu həftə son verilə bilməyəcəyini, ancaq bəzi şərtlərin yüngülləşdiriləcəyini qeyd edib. Boris Conson deyib ki, sabahdan, yəni mayın 11-dən etibarən evindən işləyə bilməyən iş qrupundaki şəxslər, məsələn tikinti və ya istehsalat kimi sahədə çalışan insanların işə getməsinə hökumət tərəfindən icazə verilir.

Baş nazirin sözlərinə görə, insanlar mayın 13-dən etibarən də sosial distansiya məsafəsini qoruyaraq gün ərzində istədikləri qədər idmanla məşğul olmaq üçün çölə, parklara gedə bilərlər. Bundan əvvəlki şərtlərə görə isə insanlara idmanla məşğul olmaq üçün sadəcə gündə bir dəfə çölə çıxmağa icazə verilirdi.

Conson qısa bir müddət sonra Britaniyaya hava yolu ilə daxil olan şəxslərə karantin tətbiq edilə biləcəyini də qeyd edib. O, məktəblərin də ən tezi 1 iyundan etibarən, bəzi xidmət sektorlarının isə iyul ayında açıla biləcəyini deyib: “Bu dəyişikliklərin hamısı şərtidir. Bütün bunlar koronavirusa yoluxma və ölüm hallarının faizindən asılıdır. Bu faiz artarsa, hökumət lazımi tədbirləri artıracaq”.

Baş nazir bu günə qədər səbir nümayiş etdirdiyinə görə xalqa təşəkkür edib. /APA