XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

11 May 2020 - 09:35

Makron və Conson telefonla danışıb: koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə ediblər

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş Naziri Boris Consonla telefon bağlantısı yaradıb. Telefon söhbətində iki ölkə lideri koronavirus epidemiyası ilə mübarizə sahəsində əməkdaşlığın zəruriliyini qeyd edib.

Bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Onlar (Makron və Conson) COVID-19-la mübarizədə sıx ikitərəfli, Avropa və beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıblar”, – məlumatda belə deyilir.

Fransa Prezidenti və Britaniyanın Baş Naziri sərhədlərdən kənarda koronavirusa yeni yoluxma riskinin artdığını, eyni zamanda virusun yayılmasının milli səviyyədə azaldığını xüsusi qeyd ediblər. (apa)