“Səudiyyə Ərəbistanı liderliyindəki körfəz hərbi koalisiyası ilə Husilər arasında baş verən qarşıdurmalar nəticəsində Yəməndə 2.4 milyon insan didərgin düşüb.
Strateq.az xəbər verir ki, bu məlumatı BMT açıqlayıb. Təşkilatın sözçüsü Stefan Dujarric tərəfindən yayılan açıqlamada gələcəkdə bu insani fəlakətin daha da böyüyə biləcəyi qeyd olunur.