XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

11 May 2020 - 19:16

Noam Çomski:“Tramp amerikalıların ölümünə cavabdehdir”

“Donald Tramp amerikalıların ölümünə cavabdehdir”.

Strateq.az “The Guardian”-a istinadla xəbər verir ki, bunu tanınmış filosof Noam Çomski bildirib.

O, ABŞ prezidentini koronavirus pandemiyasını seçki maraqlarına uyğun istifadə etdiyini və böyük biznesin ciblərini doldurma ilə minlərlə amerikalının ölümünə cavabdeh olduğunu deyib.

Amerikalı dilçi və filosof ABŞ prezidenti Donald Trampın “Korona” dövründə özünü “ABŞ-ın xilaskarı” adlandırmasının ölkəsinin insanlarına arxadan bıçaqlama olduğunu iddia edib.

Noam Çomski prezidentin yoluxucu xəstəliklərin araşdırılması və müalicəsi üçün dövlət maliyyəsini varlı şirkətlərin xeyrinə xərclədiyini söyləyib. “Bu sektor üçün büdcənin azaldılması Trampın hər il etdiyi şeydir”.

Çomski Trampın pandemiyaya görə məsuliyyəti əyalət qubernatorlarının öhdəsinə verməsini “çox sayda insanı öldürmək və seçki siyasətini inkişaf etdirmək üçün əla bir strategiya” adlandırıb.