XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2020 - 21:30

Rusiyada mayın 12-dən qeyri-iş günləri başa çatır –Putin

Rusiyada mayın 12-dən etibarən qeyri-iş günləri başa çatır. 

Bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, bütün ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan qeyri-iş günlərinin müddəti sabahdan, yəni, mayın 12-dən etibarən bitir: “Lakin epidemiya ilə mübarizə bitmir. Vəziyyətin nisbətən əlverişli olduğu ərazilərdə belə epidemiya təhlükəsi qalır”.

Qeyd edək ki, koronavirus pandemiyasının yayılması  ilə əlaqədar Rusiyada mart ayının 28-dən aprelin 2-dək elan olunmuş qeyri-iş günlərinin sayı mərhələli şəkildə mayın 12-dək uzadılıb. (apa)