XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2020 - 22:47

Ramazandan sonra İranda bir sıra obyektlərin fəaliyyəti bərpa ediləcək- Açıqlama

Ramazan ayından sonra İranda məscidlər, ziyarətgahlar, restoran və bərbərxanaların fəaliyyəti bərpa ediləcək.

Bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bildirib. Onun sözlərinə görə, ilk növbədə əhalinin testdən keçirilməsi proqramı davam etdiriləcək.

Hələlik gündə 30 min nəfərin testdən keçirilməsi mümkündür. Hökumət gün ərzində test edilənlərin sayını 50 minə çatdırmağı planlaşdırır. Eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində hazırladığı proqramı həyata keçirməyə başlayacaq. İqtisadi sanksiyalar və koronovirus pandemiyasını ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərir. Lakin buna baxmayaraq, aztəminatlı ailələrə yardımlar ediləcək.

Məktəblərin açılmasından danışan Ə. Rəbbi bildirib ki, ramazan ayı başa çatandan sonra, orta və ali məktəblər açılacaq. Lakin valideynlər uşaqlarını məktəbə göndərməkdə sərbəst olacaqlar. Əgər təhsilini evdə davam etdirmək imkanı olanlar varsa, onlar məktəbə getməyə bilər. Bu ali məktəblərə də şamil ediləcək.

Ə. Rəbbi qeyd edib ki, hazırda yoluxma və ölüm halları azalmaqdadır. Bu, vətəndaşların arxayınlaşması üçün əsas deyil.

İctimai yerlərdə tibbi maskalardan istifadə və sosial məsafə saxlamaq mütləqdir.

Hökumət nümayəndəsi İranla ABŞ arasında məhbus mübadiləsinə toxunub. Nəzərə çatdırıb ki, məhbusların ekstradisiya olunması üçün vasitəçiyə ehtiyac yoxdur. İran məhbus mübadiləsi üçün ABŞ ilə əməkdaşlıq edə bilər(azərtac).