XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

11 May 2020 - 23:17

Körfəz ölkələrində koronavirusa 100 mindən çox insan yoluxub- ÜST açıqladı

Körfəz Əməkdaşlıq Şurasına daxil olan altı ölkədə COVID-19 virusuna yoluxanların sayı 100 mini keçib, 557 nəfər isə həyatını itirib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatında bildirilib.

Qeyd olunub ki, aprelin 14-nə olan məlumatda Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı 15 min nəfər olub.

Pandemiyanın ən çox yayıldığı Körfəz ölkəsi 30 milyondan çox əhalisi olan Səudiyyə Ərəbistanıdır. Krallıqda COVID-19 virusuna 41 mindən çox insan yoluxub. Cəmi 4,8 milyon əhalisi olan Omanda isə 3 min 573 yoluxma halı qeydə alınıb. Bu ölkədə pandemiya ilə əlaqədar vəziyyət daha pisdir.

Ramazan ayında Körfəz ölkələrinin karantin rejimini yumşaltması koronavirusa yoluxma hallarının artmasına səbəb olub. ÜST bildirib ki, ərəb ölkələrində koronavirusla bağlı vəziyyət Avropa və ABŞ ilə müqayisədə yaxşı olsa da, son günlər epidemiyanın yayılması təşviş doğurur(azərtac).