XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

11 May 2020 - 23:31

Qazaxıstan Prezidenti:"Karantin məhdudiyyətləri tədricən götürüləcək"

Qazaxıstanın hər bir regionunda vəziyyət yaxşılaşdıqca karantin məhdudiyyətləri tədricən götürüləcək.

Bu barədə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Dövlət Komissiyasının yekun iclasında deyib.

Ölkə başçısı bildirib ki, bu gün bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi dayandırılır. Lakin bir sıra regionlarda yoluxma təhlükəsi qalmaqdadır. Pandemiya hələ də əhalinin sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən, hər bir regionda vəziyyət yaxşılaşdıqca karantin məhdudiyyətləri tədricən aradan qaldırılacaq(azərtac).