Ukraynada daha 375 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 16 023-ə çatıb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 17 nəfər artaraq 425-ə yüksəlib.
İndiyədək Ukraynada 3 373 nəfər koronavirusdan sağalıb/Report.