Onlar fərarilikdə ittiham olunub
“İslam Dövləti” terror dəstəsinin döyüşçüləri satqınlıq ittihamı ilə İraqda 11 komandirlərini edam ediblər.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, hökumət qoşunlarının martın 2-də Tikritə genişmiqyaslı hücumu başlayandan sonra 150 islamçının, o cümlədən 11 komandirin fərariliyi edama səbəb olub.
İraqın 30 minlik hərbi qüvvəsi şəhərin şərqi və güney hissəsini nəzarətə götürməyə nail olub. Şəhərin azad olunması İraqın ikinci böyük şəhəri Mosula hücum etməyə imkan verəcək.