XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 19:37

İranın Səhiyyə nazirindən koronavirusla bağlı açıqlama:"Bir çox bölgədə nəzarət mərhələsinə keçmişik"

“İran koronavirusun yayılmasına nəzarəti ələ ala bilib”.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İranın Səhiyyə naziri Səid Nəməki bildirib.

“Şükürlər olsun ki, ölkə daxilində daha uyğun bir vəziyyətə nail ola bilmişik. İlk günlərdə üç mərhələnin – idarəetmə, xəstəlik üzərində nəzarət və lokalizasiya mərhələlərinin olduğunu bildirmişdim. Bir çox bölgədə nəzarət mərhələsinə keçmişik, lakin bəzi regionlarda lokalizasiya mərhələsindəyik”, – deyə nazir bildirib.

Xuzistan əyalətində vəziyyətin pisləşməsi ilə əlaqədar Səhiyyə naziri deyib ki, ölkənin bir sıra əyalətlərində koronavirusun sona çatdığını düşünmək strateji bir səhvdir.

Xatırladaq ki, İranda fevralın 19-da koronavirusa ilk yoluxma halı qeydə alınıb. İndiyədək ölkədə infeksiyaya yoluxanların sayı 110 minə çatıb, onlardan 6 mindən çox xəstə vəfat edib. 88 mindən artıq şəxs sağalıb/APA.