XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 21:13

İtaliyada koronavirus:yoluxanların sayı 220 mini keçib

İtaliyada son sutka ərzində daha 1402 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 220 mini keçib.

Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 221 216 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 172 nəfər artaraq ümumilikdə 30 911 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 109 039 xəstə sağalıb/APA.