XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 22:54

Türkiyənin Daxili İşlər naziri:“Ağrıdakı terror aktına görə daha iki terrorçu zərərsizləşdirilib”

Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonundakı terror aktında zirehli avtomobilə raket hücumu edən daha 2 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, keçən həftə bu hadisədə günahsız insanları qətlə yetirən 3 terrorçu da zərərsizləşdirilib.

Qeyd edək ki, bu il martın 2-də Doğubəyazitin Gürbulak Gömrük Məntəqəsinə aid zirehli avtomobilə edilən raket hücumu nəticəsində iki nəfər ölüb, 30-dək insan yaralanıb/APA.