XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 00:05

Nyu-Yorkda həyəcanlı vəziyyət yaranıb:100-ə yaxın uşaqda COVID-19-un digər sindromu aşkarlanıb

ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxmuş təxminən 100 uşaq və yeniyetmədə COVID-19-la əlaqəli olduğu ehtimal edilən iltihablı sindrom üzə çıxıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

“Əvvəlcə biz düşünürdük ki, bu virus uşaqlara yoluxmur. İndi bizi güclü şəkildə narahat edən problemlə mübarizə aparırıq. Bizdə COVID-19-la bağlı olduğu görünən iltihab xəstəliyinin təxminən 100 yoluxma hadisəsi var”, – Kuomo deyib.

Daha əvvəl o, qeyd edib ki, ştatda koronavirusla əlaqəli olduğu ehtimal edilən iltihab sindromundan üç uşaq ölüb.

“Biz 5 və 7 yaşlı oğlanları və 18 yaşlı qızı itirdik”, – qubernator qeyd edib.

Qubernatorun açıqladığı məlumatlarda bildirilir ki, xəstəliyə yoluxanların 5%-i 1 yaşa qədər körpələr, 18%-i 1-4 yaşlı körpələr, 29%-i 5-9 yaşlı uşaqlar, 28%-i 10-14 yaşlı yeniyetmələr, 16%-i 15-19 yaşlı, 4%-i isə 20-21 yaşlı gənclərdir/APA.