XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 12:44

İşəgötürmə zamanı etnik diskriminasiya qadağan olunacaq- Gürcüstanda

Gürcüstanda əmək münasibətlərində ayrı-seçkilik qanunla qadağan olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Əmək Məcəlləsinə düzəlişlərlə bağlı qanun layihəsində bildirilib.

Parlamentə təqdim olunan sənədə əsasən, diskriminasiya ilə qəsdən və ya ehtiyatsızlıqdan irqi, dəri rəngi, dil, etnik və milli mənsubiyyət, məşğulluq vəziyyəti, yaşayış yeri, yaş və cinsə görə ayrı-seçkilik formaları nəzərdə tutulub.

Layihədə qeyd olunub ki, qanunla ayrı-seçkiliklə bağlı işəgötürəndən aidiyyəti orqana şikayət edən əməkdaşın işdən çıxarılması qadağan ediləcək.