XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 21:50

Çin Hindistanı sərhəd məsələsində uzlaşmağa çağırıb- Açıqlama

Çin Hindistanı iki ölkə arasında sərhəd məsələsini mürəkkəbləşdirəcək addımlardan çəkinməyə çağırıb.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien Çin və Hindistan sərhədçiləri arasında son qarşıdurmanı şərh edərkən belə deyib: “Hər iki tərəf bir-birinə güzəştə getməli, sərhəd boyunca təhlükəsizlik və sülhün, eləcə də iki tərəf arasındakı münasibətlərin qorunması üçün birgə işləməlidir”.

Rəsmi Pekinin Çin-Hindistan sərhəd məsələsi ilə bağlı aydın və ardıcıl mövqe nümayiş etdirdiyini diqqətə çatdıran Cao Licien əlavə edib ki, Çin sərhədçiləri hər zaman iki ölkə arasında sərhəd xəttinin Çin tərəfində patrul xidməti aparıblar.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri mayın 9-da Sıkkım bölgəsində iki ölkənin sərhədçiləri arasında mübahisəli hesab olunan sərhəd zonasında qarşıdurma olduğu barədə xəbərlər yayıb. Bildirilir ki, toqquşma nəticəsində hər iki tərəfdən yaralananlar olub. Hindistanın Müdafiə Nazirliyi hər iki tərəfin yerli sərhəd komandanlığının danışıqlar aparaq, qarşıdurmanı dayandırdığını açıqlayıb.

İki ölkənin 3400 kilometr uzunluğunda sərhəd xətti ilə bağlı mübahisələri 1962-ci ildən davam edir. Çin və Hindistan sərhədçiləri arasında dəfələrlə toqquşmalar olub(azərtac).