XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 10:11

Merkel:"Gəlin, koronavirusla mübarizə çərçivəsində qazandıqlarımızı təhlükəyə atmayaq"

Almaniyanın Kansleri Angela Merkel vətəndaşlara müraciət edərək, onları bu günədək ölkədə koronavirusla mübarizə çərçivəsində yoluxmanın azaldılması istiqamətində əldə edilən nəticələri təhlükə altında qoymamağa çağırıb. 

“Reuters”in verdiyi xəbərə görə, ölkə lideri bu barədə çərşənbə günü Bundestaqın aşağı palatasında çıxışı zamanı bildirib.

O əlavə edib ki, pandemiya hələ bir müddət davam edəcək: “Gəlin, koronavirusla mübarizə çərçivəsində qazandıqlarımızı təhlükəyə atmayaq. Tətbiq edilən qaydalara əməl etməsək, arxada qalan məhdudiyyətlərə qayıtmaq məcburiyyətində qalacağıq”.

APA