İsraildə koronavirusa yoluxanların sayı 16 567 nəfərə çatıb.
RİA Novosti” xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Son sutkada ölkədə 28 yeni yoluxma, 2 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 264-ə çatıb. İndiyədək 12 364 pasiyent sağalıb.
İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub/Report.