XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 21:25

Türkiyədə daha 1635 nəfər koronavirusa yoluxub, ölənlər var –2315 nəfər isə sağalıb

Türkiyədə son gündə daha 55 nəfər koronavirusdan vəfat edib.

Strateq.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddi Koca açıqlama verib.

O bildirib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 4007 nəfərə çatıb: “Eyni zamanda, son gündə Türkiyədə daha 1635 nəfər koronavirusa yoluxub. Bununla da yoluxanların sayı 144749 nəfərə yüksəlib”.

Nazir sağalanların sayının isə 104030 nəfərə çatdığını deyib: “Bu gün daha 2315 nəfər evlərinə buraxılıb”.