XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2020 - 23:07

Fransada koronavirus:daha 351 nəfər vəfat etdi

Fransada bir gün ərzində koronavirusdan 351 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Martın 1-dən biz COVID-19-la bağlı 27 425 ölümə ağlayırıq”, – rəsmi məlumatda bildirilir.

Qeyd edilir ki, xəstəxanalarda 17 224 insan, qocalar evlərində – 10 201 nəfər ölüb.

Hazırda ölkə xəstəxanalarının reanimasiyalarında 2 299 xəstə var var. Reanimasiya şöbələrinə 24 saat ərzində daha 52 xəstə yerləşdirilib/Report.