XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 09:11

Əfqanıstana hücumları İŞİD həyata keçirib –ABŞ

ABŞ bu nəticəyə gəlib ki, həftə ərzində Əfqanıstanda həyata keçirilən iki hücum “Taliban” deyil, “İŞİD-Xorasan” terror təşkilatı tərəfindən reallaşdırılıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad bildirib.

“ABŞ hökuməti bu nəticəyə gəldi ki, Əfqanıstanda daha əvvəl doğum evinə və dəfn mərasimlərinə dəhşətli hücumları “İŞİD Xorasan” həyata keçirdi”, – o özünün “Twitter”dəki səhifəsində yazıb.

Daha əvvəl Əfqanıstanda iki terror hücumundan sonra dövlət başçısı Əşrəf Qani ölkənin bütün silahlı qüvvələrinə “Talibana”la mübarizənin hücum formasına keçməyi əmr edib. Hərəkatın nümayəndəsi Zabihulla Mücahid isə bildirib ki, “Taliban” hərbi qruplaşması Əfqanıstanın silahlı qüvvələrinin bölmələrinə qarşı cavab hərəkətlərinə hazırdır. (report)