XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 10:03

UEFA prezidenti:"Avrokuboklar üçün müəyyən planımız var"

“Avropakuboklarda mövsümün başa çatdırılması üçün müəyyən planımız var. Düşünürəm ki, əksər ölkələrdə mövsüm başa çatdırılacaq”.

Bu fikirləri UEFA prezidenti Aleksander Çeferin “beIN Sports”a açıqlamasında söyləyib.

Sloveniyalı funksioner bildirib ki, hansı ölkələr liqaları başa çatdırmaq istəmirlərsə, bu, onların öz qərarlarıdır.

Çeferinin sözlərinə görə, avrokuboklarda iştirak etmək arzusunda olanlar istənilən halda seçmə mərhələlərdə çıxış etməlidirlər: “UEFA İcraiyyə Komitəsi tarixləri təsdiqləyənə qədər gözləməliyik. Amma deyə bilərəm ki, hər şey indiki kimi olsa, avrokubok mövsümü avqustda başa çatdırılacaq. Yerli liqalar ayrı məsələdir və necə hərəkət edəcəklərinə özləri qərar verəcəklər. Əvvəllər dediyim kimi, onların 80 faizinin mövsümü başa vuracağına inanıram”. (report)