“Tokiodakı Olimpiya Oyunlarını təhlükəsiz şəraitdə keçirmək çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri vacib rol oynayır”.
Bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.
O, koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarının tamaşaçısız və ya müəyyən məhdudiyyətlə keçirilmə ehtimalına münasibət bildirib: “Tamaşaçıların sayını azaldıb-azaltmayacağımız hər şeyin bir ildən sonra necə olmasından asılıdır. İndi Tokiodakı Oyunlarda tamaşaçı sayını məhdudlaşdırmaqdan danışmaq tezdir”.
Qeyd edək ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməlidir. (Apasport.az)