XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2020 - 11:35

Gürcüstanda koronavirus:yoluxanların sayı 671 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 4 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. 

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 671 nəfərə çatıb.  

Qeyd olunub ki, 3873 nəfər karantində saxlanılır, 404 nəfər stasionar şəraitdə müalicə olunur. Xəstəliyə yoluxanlardan 383 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. (apa)