XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 15:39

Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadılmayacaq –Baş Nazir

Gürcüstanda fövqəladə vəziyyət rejiminin vaxtı uzadılmayacaq.

Bu barədə Baş Nazir Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, ölkədə epidemioloji durum mayın 22-də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılmamasına imkan verir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq martın 21-də Gürcüstanda bir ay müddətinə fövqəladə vəziyyət elan edilib. Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq aprelin 21-də isə fövqəladə vəziyyət rejiminin vaxtı mayın 22-dək uzadılıb. (apa)