XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 16:56

“Rusiya koronavirusla bağlı ölüm məlumatlarını gizlətmir” – Lavrov

“Moskva koronavirus mövzusunu və ÜST-nin hərəkətlərini siyasiləşdirməməyə çağırır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə videoəlaqə zamanı çıxışında deyib.

O qeyd edib ki, indi koronavirusa qarşı peyvəndi kimin birinci hazırlayacağı ilə bağlı vicdansız mübarizə başlayıb.

“Rusiya hökuməti koronavirusdan ölümlə bağlı məlumatları gizlətmək niyyətində deyil”, – nazir bildirib.

S.Lavrov həmçinin Moskvanın COVID-19-un varlığı səbəbi ilə kimlərinsə geosiyasi və ya seçki faydaları əldə etməsinə qarşı olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiyada son sutka ərzində koronavirusa yoluxma üzrə 10 598 hal aşkarlanıb və bununla da virusa yoluxanların ümumi sayı 262 843 nəfərə çatıb. (report)