XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 18:35

Portuqaliyada koronavirus:pandemiya qurbanlarının sayı 1 190-a çatdı

Portuqaliyada daha 264 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınan yoluxma hallarının sayı 28 583-ə yüksəlib.

Bundan başqa, Qərbi Avropa ölkəsində pandemiya qurbanlarının sayı da daha 6 nəfər artaraq 1 190-a yüksəlib.

Bildirilib ki, indiyədək 3 328 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)