XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 22:56

Türkiyədə koronavirusdan sağalanların sayı 106 mini ötdü –Səhiyyə naziri

Türkiyədə ötən sutka koronavirusdan daha 48 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 055-ə çatıb.

Bundan başqa, son 24 saatda ölkədə 1 708 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 146 457 nəfərə çatıb.

Habelə bir gündə koronavirusa yoluxmuş 2 103 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 106 133 nəfərə çatıb. (report)