XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 23:15

Moskvada koronavirusdan ölüm hallarının 60%-dən çoxu hesablanmır –Almaniya nəşri

Rusiyanın paytaxtı Moskvanın Səhiyyə departamenti koronavirusdan ölüm hallarının 60%-dən çoxunu hesaba qatmadığını açıqlayıb.

Bu barədə Almaniyanın “Stern” jurnalında məqalə yayımlanıb.

Bildirilir ki, paytaxtın rəsmi koronavirus statistikasında yalnız birbaşa COVID-19-dan ölənlər hesaba qatılır. Departamentin açıqlamasında koronavirus daşıyıcıları arasında 60%-dən çox ölümlərin müşayiət edən xəstəliklərdən dolayı olduğu və bunların hesablanmadığı vurğulanıb.

Məqalədə bu kimi məsələyə müxtəlif ölkələrdə fərqli yanaşmaların olduğu vurğulanıb. Məsələn, Almaniyada koronavirus daşıyıcısı ölərsə, hətta virus daşıyıcısı olarkən intihar edərsə belə, o, yenə də koronavirusdan ölmüş sayılır.

Nəşr bildirir ki, Almaniyanın Robert Kox İnstitutu həm birbaşa koronavirusdan ölənləri, həm də koronavirusla bərabər müşayiət edən xəstəlikləri olan insanların ölümünü də hesablayır, çünki onların ölümünə səbəbi dəqiq təyin etmək mümkün deyil.

Məqalənin müəllifi Ellen İvits ölkələrin müxtəlif ölüm meyarlarına əsaslandığını və bu üzdən mütəxəssislərin ölkələrdəki ölüm səviyyəsini müqayisə etməkdən qaçındığını yazıb.

“Kimin diaqnozdan, kimin isə başqa xəstəlikdən ölməyini təyin etmək böyük sualdır. Bu suala birmənalı cavab vermək mümkün deyil. Bunun cavabını, bəlkə də, hər ölmüş şəxsin bədənini yardıqdan sonra tapmaq olardı. Lakin bunu etmək mümkün deyil”, – Almaniyanın Boxum Universitetinin professoru Tomas K.Bauer açıqlayıb.

“Stern”in yazarı Ellen İvits rəsmi mənbələrə istinad edərək Moskvada ötən ay ölüm səviyyəsinin son 10 ilin ortalama göstəricisi ilə müqayisədə 20% artdığını vurğulayıb.

Xatırladaq ki, rəsmi statistikaya əsasən, Rusiyada qeydə alınmış yoluxma hallarının sayı 262 843-dür. Onlardan 58 226 nəfər sağalsa da, 2 418 nəfər ölüb. Paytaxt Moskvada isə 135 464 nəfər koronavirusa yoluxub, onlardan 1 358 nəfər ölüb, 24 562 nəfər isə sağalıb. (report)