XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 11:10

ABŞ ÜST-ə maliyyə yardımını bərpa edə bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini bərpa edə bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tramp administrasiyası tərəfindən ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusa məktub ünvanlanıb.

Bildirilib ki, Tramp administrasiyası yalnız Çinin ödədiyi qədər vəsait ödəyəcəyi təqdirdə ÜST-ə ayrılan maliyyə yardımını bərpa etməyə hazırdır.

Məktubda o da vurğulanıb ki, ABŞ ÜST-ün fəaliyyətində çatışmazlıqlar görsə də təşkilatın böyük potensialının olduğunu istisna etmir. 

Qeyd edək ki, ABŞ Prezidenti aprel ayında ÜST-ün maliyyələşdirilməsinin dayandırıldığını bildirib. Tramp administrasiyası ÜST-ü COVID-19 virusunun yayılmasına operativ reaksiya verməməkdə ittiham edib.