XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 16:00

COVID-19 pandemiyası Gürcüstan iqtisadiyyatına ciddi ziyan vuracaq

Koronavirus pandemiyası Gürcüstan iqtisadiyyatına milyardlarla lari dəyərində ziyan vuracaq.

Gürcüstanın iqtisadçı ekspertləri bu fikirdədirlər. Gürcüstan hökuməti pandemiya səbəbindən yaranan maliyyə itkiləri barədə proqnozlarını hələlik açıqlamasa da, müstəqil ekspertlər itkilər barədə hesabatlar hazırlayırlar. Onların fikrincə, koronavirus pandemiyasının 2020-ci ilin ikinci rübündə ölkə iqtisadiyyatına vurduğu ziyan təqribən 3 milyard lari olacaq.

İqtisadçı ekspert Ramaz Qerliani deyib ki, koronavirus pandemiyası cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına təqribən 2 milyard lari dəyərində ziyan vuracaq. Böhran ilin sonuna qədər davam edərsə, iqtisadiyyata dəyən ziyanın həcmi 4-5 milyard lari təşkil edəcək.

Onun sözlərinə görə, hökumət beynəlxalq təşkilatlardan aldığı maliyyə yardımlarını iqtisadiyyatın stimullaşdırılması üçün düzgün paylamalıdır. Böhran ölkə əhalisinə də təsirsiz ötüşməyəcək. İl ərzində nominal gəlir əldə edən vətəndaşlar hər ay 600-700 lari itirəcəklər. Bəzi hallarda bu itki daha böyük olacaq.

COVID-19 pandemiyası dünya iqtisadiyyatına da ciddi ziyan vurub. Asiya İnkişaf Bankı (AİB) bununla bağlı yeni proqnozlarını açıqlayıb. Bankın hesabatına görə, koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatı 2020-ci ildə 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər ziyan edəcək. Bu da dünyada ümumi daxili məhsul istehsalının 6,4-9,7 faizinə bərabərdir(azərtac).