XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 15:47

Türkmənistanda 1200-ə yaxın məhbus əfv olunacaq- Prezident fərman imzalayıb

Türkmənistanda müqəddəs Ramazan ayının Qədr gecəsi ərəfəsində 1192 nəfər məhbus, o cümlədən bu ölkənin ərazisində cinayət törətmiş 210 xarici vətəndaş əfv ediləcək.

Ölkə başçısı Qurbanqulu Berdıməhəmmədov bununla bağlı Fərman imzalayıb.

Fərman həmin məhbusların müəyyən edilmiş yerdə yaşamaq öhdəliyi şərti ilə cəzalarının qalan hissəsindən azad edilməsini nəzərdə tutur.

Türkmənistan Prezidenti bununla bağlı müvafiq tədbirlərin görülməsi haqda təlimat verib(azərtac).