XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 17:12

Səudiyyənin suveren fondu “Boeing”, “Citi” və “Disney”in səhmlərini alıb

Səudiyyə Ərəbistanının suveren fondu “Boeing”, “Citi Group” və “Disney” şirkətlərindən səhm alıb.

Azərtac xəbər verir ki, fond aprel ayında koronavirusun vurduğu iqtisadi ziyan nəticəsində yaranan əlverişli imkanları dəyərləndirib.

Belə ki, 320 milyard dollarlıq fond birinci rübün sonunda BP-yə 827,8 milyon dollar, “Boeing”ə 713,7 milyon dollar, “Citi Group” və “Facebook”un hər ikisinə 522 milyon dollar sərmayə yatırıb.

Fond, həmçinin “Walt Disney”dən 495,8 milyon dollarlıq və “Bank of America”dan isə 487,6 milyon dollarlıq səhm alıb. Fondun digər sərmayələri sırasında 513,9 milyon dollarlıq investisiya ilə “Marriott International” da var.